Türkiyənin Muğla şəhərində inşaat ustasının qazancı ilə bağlı açıqlaması diqqət çəkib.
Usta iki bünövrənin hazırlanması üçün 450 min türk lirəsi aldığını bildirib. Onun sözlərinə görə, işin tamamlanması cəmi bir həftə davam edib.
İnşaat ustası ikinci mərtəbənin də tamamlanmasından sonra ümumi qazancının 1 milyon 100 min türk lirəsinə (38.566 manat) çatacağını deyib.
O, açıqlamasında gənclərə də müraciət edərək peşə öyrənməyin vacibliyini vurğulayıb və onları sənət sahibi olmağa çağırıb.
//milli.az
