Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova necə arıqlamasının sirrini açıqlayıb.
O, mədəkiçiltmə əməliyyatı keçirmədiyini və arıqlama iynəsi vurdurmadığını bildirib. İlqarə bu barədə İnstaqramda izləyicilərinin suallarını cavablandırarkən yazıb:
“Heç vaxt mədəmə müdaxilə etdirmərəm. Gözəl həkimlərin sayəsində düzgün qidalanma və rejimlə arıqladım”.
//Axsam.az
