Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov danışıqların davam etdirilməsinə tərəfdar olduqlarını bildirib.
Peskov prosesin hazırda dayanmış vəziyyətdə olduğunu deyib. Rusiya tərəfi danışıqların yenidən başlaması üçün şəraitin yaranmasını gözləyir. Moskva münaqişənin diplomatik yolla həllinə açıq olduğunu vurğulayıb.
//Nəzər.Media
