• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb-FOTOLAR

14 Sentyabr, 26 / 11:43
A A
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb-FOTOLAR

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb.

Nəzər.Media xəbər verir ki, federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizələrini davam etdiriblər.

İkinci yarış günü ərzində iştirakçılar küləyin istiqaməti və sürətindən asılı olaraq müəyyən edilmiş marşrut üzrə bir neçə yürüşdə (reysdə) güclərini sınayıblar. Hər yürüşün nəticələri ayrıca qiymətləndirilib və idmançıların yekun sıralamadakı mövqeləri topladıqları xallar əsasında müəyyənləşdirilir. Daha az xal toplayan idmançı daha yüksək mövqe tutur.

Çempionatın yekun nəticələri bütün yarış günlərində keçirilən yürüşlərin nəticələri nəzərə alınmaqla hesablanacaq. Sabah, sentyabrın 14-də final yürüşləri keçiriləcək və bundan sonra siniflər üzrə qaliblər müəyyənləşəcək.

Çempionatın mükafatlandırma mərasimi sentyabrın 14-də saat 16:00-da keçiriləcək. Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, açıq Azərbaycan çempionatında Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərlik heyət də iştirak edir.

Previous Post

Xaricdə təhsil, ingilis dili və müxtəlif fənn kursları axtaranların NƏZƏRİNƏ!

Next Post

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.