• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Kirayə mənzillərlə bağlı mühüm qərar - Ayrı-seçkiliyə yol verilməyəcək

14 Sentyabr, 26 / 11:57
A A
Kirayə mənzillərlə bağlı mühüm qərar - Ayrı-seçkiliyə yol verilməyəcək

Ombudsman tərəfindən aparılan monitorinq zamanı elan saytlarından birində kirayə mənzilin müəyyən bir qrup şəxslərə verilməyəcəyini bildirən ayrı-seçkilik xarakterli ifadələrin yer aldığı elan müəyyən edilib.

Bu barədə Ombudsman Aparatının rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub.

Ombudsman hesab edir ki, internet platformalarında elanların yerləşdirilməsi zamanı tətbiq olunan qaydalar insan hüquqları, bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə uyğun olmalıdır.

Müraciətdə elanların məzmununa nəzarətin gücləndirilməsi, ayrı-seçkilik xarakterli ifadələrin vaxtında müəyyən edilərək yayımının qarşısının alınması və istifadəçilər üçün əlçatan şikayət mexanizmlərinin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, hüquq pozuntusu, ayrı-seçkilik və digər zərərli məzmunun avtomatik müəyyən edilməsi üçün süni intellekt imkanlarından istifadə olunması, müvafiq filtr və xəbərdarlıq mexanizmlərinin tətbiqi, zəruri hallarda belə məzmunun yayımının qarşısının alınması imkanlarının nəzərdən keçirilməsi təklif edilib.

Ombudsman internet məkanında ayrı-seçkiliyi təşviq edən halların qarşısının alınmasını, cəmiyyətdə hüquq mədəniyyətinin gücləndirilməsini və bu sahədə effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasını vacib hesab edir.

Bu məqsədlə nazirlikdən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi və görülmüş işlər barədə məlumat verilməsi xahiş olunub.

//milli.az

Previous Post

TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq

Next Post

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.