Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Şəfa” “SOCAR Polymer Arena” “Sabah”ı qəbul edir. Bakı təmsilçisi ilə “bayquşlar”ın görüşünü Nicat İsmayıllı idarə edir.
“Şəfa”-“Sabah”-0:3
Qollar: // 25. Patrik Mbina(0:1), 30. Abdulla Xaybullayev(0:2), 69. Velko Simiç(0:3)
Qırmızı vərəqələr: //
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasına V turuna Cümə günü start verilib. PFL turun açılış gününə bir qarşılaşma təyin edib.
Turun açılış və günün yeganə qarşılaşmasında “İmişli” “Yevlax şəhər stadionu”nda “Neftçi”ni qəbul edir. “Ağ-qaralar”la “pələnglər”in görüşünü Kamranbəy Rəhimov idarə edir.
“İmişli”-“Neftçi”-2:3
Qollar: 29. Bəxtiyar Həsənalızadə(1:2), 45+7 Azər Salahlı(p)(2:2) // 12. Freddi Varqas(0:1), 28. Breno Almeyda(0:2), 80. Qustavo Klisman(2:3)
Qırmızı vərəqələr: //
Şənbə günü iki qarşılaşma baş tutub.
Günün ilk oyunun qədim Gəncə təmsilçisi “Kəpəz” “Gəncə şəhər stadionu”nda “Qəbələ”ni qəbul edib. “Sarı-göylər”lə “qırmızı-qaralar”ın görüşünü Tural Qurbanov idarə edib. Görüş 1:0 “Kəpəz”in xeyrinə başa çatıb.
“Kəpəz”-“Qəbələ”-1:0
Qollar: 64. Viktor Stina(1:0) //
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Şamaxı”nı qəbul edib. “Kimyaçılar”la “şirlər”in görüşünü Əli Əliyev idarə edib. Gərgin keçən görüşdə tərəflər
“Sumqayıt”-“Şamaxı”-1:1
Qollar: 25.Jeam Oliveyra(1:0) // 54. Edqard Ədilxanov(1:1)
Qırmızı vərəqələr //
Dünən isə daha iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Şamaxı şəhər stadionu”nda “Turan Tovuz”u qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “boz qurd”un görüşünü Elçin Məsiyev idarə edib. Qarşılaşmada tərəflər hərərə iki dəfə fərqlənərək bir xala qane oldular.
“Araz-Naxçıvan”-“Turan Tovuz”-2:2
Qollar: 7. Emmanuel Hakman (1:0)(Aq), 86. Ağadadaş Salyanski(p)(2:2)// 51. İbrahima Vadji(1:1),75.Santos(1:2)
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İK stadionu”nda “Qarabağ”ı qəbul edib. “Mavi qartallar”la “Köhlən atlar”ın görüşünü Rəşad Əhmədov idarə edib. Görüşdə tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular.
“Zirə”-“Qarabağ”-1:1
Qollar: 56. İssa Cibrila(1:0) // 65. Aleksey Kaşuk(1:1)
Qırmızı vərəqələr: //
