Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kahramanmaraşda baş verib.
Qəza zamanı minik avtomobili piyadaları vurub. Hadisə zamanı 2 piyada ölüb. Qəza 3 piyadanın yaralanmasına səbəb olub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilin sürücüsü jandarma tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
