Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi gücləndirmək üçün hərəkətə keçib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Ər-Riyad dəniz təhlükəsizliyi üçün beynəlxalq koalisiya yaratmağı təklif edib.
Təşəbbüsə 43 ölkə və Avropa İttifaqının nümayəndələri qatılıb. 14 ölkə koalisiyanı dəstəkləyən birgə bəyanata imza atıb. Koalisiyanın əsas məqsədi gəmiçilik və enerji yollarının təhlükəsizliyini qorumaqdır.
//Nəzər.Media
