İran Hürmüz boğazının şərqində ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, vurulan aparatın MQ-9 Reaper olduğu bildirilib.
İran hava hücumundan müdafiə sistemlərinin PUA-nı məhv etdiyini deyib. Hadisə bölgədə gərginliyin yenidən artmasına səbəb olub. ABŞ tərəfinin hadisə ilə bağlı açıqlama verib-vermədiyi məlum deyil.
//Nəzər.Media
