• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

DSX-nin Xüsusi Məktəbində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir

15 Sentyabr, 26 / 22:09
A A
DSX-nin Xüsusi Məktəbində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir

Sentyabr ayının 15-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlarda Xüsusi Məktəbdə təlim-tərbiyə prosesinin müasir tələblər əsasında təşkili, kursantların hərtərəfli inkişafı, onların yüksək nəzəri biliklərə, möhkəm intizama və zəruri hərbi vərdişlərə yiyələnməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.

Qeyd edilmişdir ki, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı gənc nəslin müasir biliklərə sahiblənməsi, vətənpərvərlik ruhunda formalaşması və gələcək fəaliyyətə yüksək səviyyədə hazırlanması üçün geniş imkanlar yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilə və gənclərin inkişafına göstərdikləri diqqətin bu sahədə əldə olunan uğurların əsasını təşkil etdiyi xüsusi vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Xüsusi Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, kursantların intellektual və fiziki hazırlığının təkmilləşdirilməsi, onların hərbi nizam-intizam, etik davranış və yüksək mənəvi keyfiyyətlər əsasında yetişdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur.

Bildirilmişdir ki, Xüsusi Məktəbdə yaradılmış müasir tədris və məişət şəraiti kursantların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, onlarda Vətənə, dövlətə və xalqa sədaqət hisslərinin möhkəmləndirilməsinə xidmət edir. Burada təhsil alan kursantların gələcəkdə dövlət sərhədlərimizin etibarlı mühafizəsinə layiqli töhfə verəcək peşəkar və nümunəvi sərhədçi zabitlər kimi formalaşacaqlarına əminlik ifadə edilmişdir.

Tədbirdə iştirak edən valideynlər Xüsusi Məktəbdə yaradılmış şəraitə və hər tərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Valideynlər kursantlara yeni tədris ilində uğurlar arzulayaraq onlara intizamlı və nümunəvi olmağı tövsiyə etmişlər.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkdirilmişdir.

Previous Post

ASA-ya yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib-FOTOLAR

Next Post

Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.