ABŞ orbitdə silah yerləşdirdiyini ilk dəfə açıq şəkildə açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin naziri Troy Meink bu məlumatı təsdiqləyib.
Meink silahın ABŞ qüvvələrini mümkün hücumlardan qorumaq üçün yerləşdirildiyini bildirib. Silahın imkanları və orbitə nə vaxt çıxarıldığı açıqlanmayıb. ABŞ bu addımı kosmosda artan hərbi rəqabətlə əlaqələndirib.
//Nəzər.Media
