Fransada balıqçılar yanacağın bahalaşmasına etiraz ediblər. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, onlarla balıqçı Fos-sür-Mer şəhərində aksiya keçirib.
Balıqçılar yük maşınları ilə neft anbarının girişini bağlayıblar. Onlar yanacaq qiymətlərinin artmasına qarşı tədbir görülməsini istəyiblər. Polis müdaxiləsindən sonra aksiya dayandırılıb.
//Nəzər.Media
