Laheydə məhkəmə Kosovonun keçmiş prezidenti Haşim Taçini 25 il müddətinə azadlıqdan məhrum edib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Taçi müharibə cinayətlərində təqsirli bilinib.
Məhkəmə onu qətl, işgəncə və qanunsuz həbs kimi əməllərdə təqsirli sayıb. İş üzrə daha üç keçmiş Kosovo Azadlıq Ordusu rəhbərinə də hökm oxunub. Taçinin şahidləri təhdid etməsi ilə bağlı ayrıca məhkəmə prosesi isə davam edir.
//Nəzər.Media
