Avropa İttifaqı Orta Dəhlizə 12 milyard avro dəstək ayıracaq. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, layihə Mərkəzi Asiyanı Türkiyə üzərindən Avropaya bağlayacaq.
Dəstək nəqliyyat əlaqələrinin inkişafına yönəldiləcək. Layihə yük daşımalarının sürətləndirilməsini də hədəfləyir. Orta Dəhlizin bölgədəki əhəmiyyətinin artırılması gözlənilir.
//Nəzər.Media
