Məşhur aktrisa Zendaya 2026-cı il “Emmi” mükafatlandırma gecəsində Halle Berridən ilham alıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Zendaya 2002-ci ildəki Halle Berri görünüşünü yenidən təqdim edib.
30 yaşlı aktrisa gümüşü rəngli “Prada” libası və qısa saç düzümü ilə diqqət çəkib. Zendayanın stilisti Lav Roaç bu görünüşdə Halle Berridən ilhamlandıqlarını təsdiqləyib. Halle Berri isə Zendayanın fotolarını paylaşaraq onun gecədə çox diqqət çəkdiyini bildirib.
//Nəzər.Media
