ABŞ-ın Kaliforniya ştatında xəbər helikopteri qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, helikopter Los-Ancelesdə hadisəni çəkərkən yerə çırpılıb.
Qəza nəticəsində helikopterdə olan üç nəfər ölüb. Helikopterdə olan bir nəfərin yaralandığı bildirilib. Qəzanın səbəbi araşdırılır.
//Nəzər.Media
