ABŞ vitse-prezidenti Cey Di Vens ölkəsinin xarici siyasəti ilə bağlı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Vens ABŞ-ın xarici siyasətinin İsraildən asılı ola bilməyəcəyini bildirib.
O, Vaşinqtonun qərarlarını öz milli maraqları əsasında verməli olduğunu deyib. Vens bu yanaşmanın ABŞ-ın maraqlarına uyğun olmadığını vurğulayıb. Onun açıqlaması ABŞ-ın İsrail siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
//Nəzər.Media
