ABŞ İranın yüksək vəzifəli şəxslərinə BMT Baş Assambleyasında iştirak üçün viza verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, vizalar İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçiyə də verilib.
İran nümayəndə heyəti gələn həftə Nyu-Yorkda keçiriləcək toplantıya qatılacaq. Qərar ABŞ ilə İran arasında gərginliyin davam etdiyi vaxt verilib. ABŞ tərəfi nümayəndə heyətinin səfərlərinə bəzi məhdudiyyətlər tətbiq edəcək.
//Nəzər.Media
