• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - VİDEO

18 Sentyabr, 26 / 15:43
A A
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı ictimai və dini xadimlərin həyatına sui-qəsd hazırlığı ilə bağlı cinayət əməlləri aşkar edilib.

DTX-nin Mətbuat xidmətindən bildirilib ki, istintaq zamanı əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Abdullayevin digər şəxslərlə birlikdə Azərbaycanda sui-qəsd törətmək məqsədilə cinayət əlaqəsinə girdiyi müəyyən edilib.

Məlumata görə, qrup üzvləri əvvəlcədən müəyyən etdikləri şəxslərin hərəkət marşrutlarını və mühafizə vəziyyətlərini araşdıraraq məlumat toplayıb, planlaşdırılan cinayət əməllərindən sonra xaricdəki münaqişə bölgələrinə qaçmağı nəzərdə tutublar.

DTX bildirib ki, keçirilmiş tədbirlər zamanı gizli görüşlər və telefon danışıqları qeydə alınaraq sənədləşdirilib.

DTX-dən verilən məlumata görə, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilib. 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycana ekstradisiya edilib.

Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

//milli.az

Previous Post

Bakıda 13 yaşlı qızı hamilə qoyan şəxsə bu cəza verildi

Next Post

Azərbaycan Yəhudi Mediası – ajmedia.news xəbər portalının oxucu auditoriyası artmaqda davam edir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.