Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şəfa”nı qəbul edib. “Köhlən atlar”la Bakı təmsilçisinin görüşünü Vüqar Həsənli idarə edib. Görüş 1:0 “Qarabağ”ın xeyrinə başa çatıb.
“Qarabağ”-“Şəfa”-1:0
Qollar: 61. Marko Yankoviç(p)(1:0)//
Qırmızı vərəqlər: //
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Boz qurd”la “mavi qartallar”ın görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar”la “Pələnglər”in görüşünü Kamal Umudlu idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutuacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər”lə Muxtar Respublika təmsilçisnin görüşünü İnqilab Məmmədov idarə edəcək.
Günü və turun sonuncu qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Sarı-göylər”lə “kimyaçılar”ın görüşünü Əliyar Ağayev idarə edəcək.
Bu gün bir qarşılaşma baş tutub.
Günün açılış matçında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. “Qırmızı-qaralar”la “ağ-qaralar”ın görüşünü Cavid Cəlilov idarə edib. Görüşdə “Neftçi” 3 xalı 3 cavabsız qolla qazanıb.
“Qəbələ”-“Neftçi”-0:3
Qollar: // 25. Breno Almeyda(0:1), 86. Adeleke Akinyemi(0:2), 90+2. Lyubomir Tupta(0:3)
Qırmızı vərəqələr: //
