Nəticəyə görə çox xoşbəxtəm.
Bu sözləri “Qarabağ”ın baş direktoru Əmrah Çelikəl UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri barədə danışarkən deyib.
O, tarixi nəticəyə görə futbolçularla qürur duyduğunu bildirib:
“Əla oyun oldu, tarixi nəticə qazandıq. Liqa mərhələsində bizimlə düşəcək rəqiblərin fərqi yoxdur. Hədəfimizə çatdıq. Yəqin ki, Çempionlar Liqasının əsas mərhələsinin oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik”.
//Milli.az
