Fransanın paytaxtı Parisdə minlərlə insan etiraz aksiyası keçirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, aksiya polis və jandarmın silahdan istifadə qaydalarını dəyişən qanun layihəsinə qarşı olub.
Etirazçılar Respublika meydanından Bastiliya meydanına yürüş ediblər. Onlar polis zorakılığına qarşı şüarlar səsləndiriblər. Qanun layihəsi iyulda Milli Assambleyada qəbul edilib və hazırda Senatın baxışını gözləyir.
//Nəzər.Media
