İranda dərman çatışmazlığı daha da ağırlaşıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə 18 mindən çox aptek sığorta şirkətlərindən ödəniş gözləyir.
Sığorta borclarının 300 milyon dollara çatdığı bildirilir. Müharibə zamanı 40-dan çox dərman şirkəti və təchizat müəssisəsi zərər görüb. Bəzi xərçəng xəstələrinin dərman almaq üçün əşyalarını satdığı açıqlanıb.
//Nəzər.Media
