Suriyada güclü partlayışlar baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, partlayışlar Hələb şəhərində baş verib.
Partlayışlar hərbi ərazidə baş verib. Partlayışlar nəticəsində 4 nəfər yaralanıb. Əraziyə yaxın evlər təhlükəsizlik məqsədilə boşaldılıb. Partlayışların səbəbini müəyyənləşdirmək üçün araşdırma başlanıb.
//Nəzər.Media
