NATO Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlarını davam etdirir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri Kavо Draqon alyansın mümkün qarşıdurmaya hazır olduğunu bildirib.
Rusiya ilə bağlı yayılan sənədlərdə pilotsuz uçuş aparatlarının istehsalının artırılmasının planlaşdırıldığı qeyd olunur. Bu planın ildə əlavə 28 min silahlı pilotsuz uçuş aparatı istehsalına imkan verəcəyi bildirilir. Draqone isə hücum olacağı halda NATO-nun necə cavab verəcəyini bildiyini açıqlayıb.
//Nəzər.Media
