“Mənə bir gün bir dostum sual verdi: “Kişilik nədir?”. Mən onu cins olaraq qəbul etdim və lazım olan cavabı verdim. Amma yaşadıqca daha dərindən dərk etdiyim bir həqiqətə gəldim: Kişilik cinsiyyətə baxmır. Kişilik xarakterdir, şəxsiyyətdir, insanı insan edən ən dəyərli xüsusiyyətdir”.
Bu sözləri müğənni Elçin Cəfərov sosial şəbəkə hesabında yazıb.
“Kişilik” mövzusunda fikirlərini bölüşən ifaçı paylaşımına belə davam edib:
“Bu yazıları arabir paylaşmağımın səbəbi yaşadığım müddətdə öyrəndiklərimi bölüşmək və insanlara faydalı olmaq niyyətimdəndir”.
//Axsam az
