İran Prezidenti Məsud Pezeşkiyan BMT Baş Assambleyasında çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, o, ABŞ və İsrailin hücumlarını tənqid edib.
Pezeşkiyan Qəzzada baş verənləri soyqırım adlandırıb. O, İranın terrorçu deyil, terrorun qurbanı olduğunu bildirib. Pezeşkiyan İranın müharibə istəmədiyini və əməkdaşlığa hazır olduğunu deyib.
//Nəzər.Media
