Berlin Brandenburg hava limanında PUA görüldüyü üçün uçuşlar dayandırılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, PUA axşam saatlarında hava limanının şimal zolağında aşkarlanıb.
Daha sonra hava limanının hava məkanı da uçuşlara bağlanıb. Buna görə ən azı beş təyyarə Drezden və Leypsiqə yönləndirilib. Təxminən 45 dəqiqə sonra uçuşlar bərpa olunub, PUA-nın kimə məxsus olduğu isə müəyyən edilməyib.
//Nəzər.Media
