Türkiyəli aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən “Vogue World 2026: Milano” tədbirində iştirak edib.
Aktrisa gecəyə “Vogue Türkiye”nin dəvəti ilə qatılıb. Hande Erçel tədbiri ön sıradan izləyib.
Məşhur aktrisa gecə üçün “Dolce&Gabbana”nın 2024-cü ilin yaz-yay kolleksiyasından ağ rəngli libas seçib. O, geyimini sadə aksessuarlarla tamamlayıb, saçlarını isə açıq saxlayıb.
Tədbir zamanı Hande Erçel fotoqrafların da diqqətini çəkib.
Qeyd edək ki, aktrisa tədbirdən əvvəl “Vogue Türkiye”yə müsahibə də verən sənətçinin Milanda çəkilən fotoları sosial şəbəkələrdə paylaşılıb və maraqla qarşılanıb. İzləyicilər Handenin geyimini gəlinliyə bənzədiblər.
//milli.az
