Səudiyyə Ərəbistanında Məkkə və bir sıra bölgələrdə təhlükə xəbərdarlığı edilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Məkkə, Ciddə, Taif, Yenbu və Təbrukda əhaliyə xəbərdarlıq olunub.
Sakinlərdən təhlükəsizlik tədbirlərinə əməl etmələri istənilib. Onlara toplaşma yerlərindən uzaq durmaq və görüntü çəkməmək tapşırılıb. Daha sonra təhlükənin aradan qalxdığı açıqlanıb.
//Nəzər.Media
