ABŞ-da İsraillə bağlı müzakirələr yenidən gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bəzi ABŞ rəsmiləri Netanyahu olmadan daha yaxşı işləyə biləcəklərini bildiriblər.
Bu açıqlamalar Vaşinqtonla Təl-Əviv arasındakı münasibətlər barədə müzakirələri artırıb. Bildirilir ki, ABŞ-da Netanyahunun siyasətindən narazılıq artır. Məsələ ilə bağlı Ağ Evdən rəsmi mövqe bildirilməyib.
//Nəzər.Media
