İsrail Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, çox sayda ölkənin nümayəndəsi etiraz olaraq zalı tərk edib.
Bundan sonra zal demək olar ki, boş qalıb. Netanyahu etiraz səsləri arasında çıxışını davam etdirib. O, çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da hədəfə alıb.
//Nəzər.Media
