Yunanıstanda 100 mindən çox insana hərbi qurumlardan mesaj göndərilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, mesajlar ölkədə müharibə və səfərbərlik qorxusu yaradıb.
Yunanıstan Baş Qərargahı bunun səfərbərlik çağırışı olmadığını açıqlayıb. Bildirilib ki, sənədlər ehtiyat hərbçilərin məlumatlarını yeniləmək üçündür. Hadisənin ölkənin yeni müdafiə proqramı ilə bağlı olduğu qeyd edilib.
//Nəzər.Media
