Azərbaycan dövlətinin dəstəklədiyi iki dövlət prinsipi olarsa, İsrail də bu prinsipi qəbul edərsə, hansı müsəlman dövləti İsrailin təhlükəsizliyinə qarant ola bilər? Kim arxayın şəkildə deyə bilər ki, Fələstin bundan artığını istəməyəcək? İstəmək variantı çoxdur. Çünki Fələstin, Livan və Yəmən faktiki olaraq leqal idarəçilərin deyil, terror qruplaşmaları olan “HƏMAS”ın, “Hizbullah”ın və “Husilər”in at oynatdığı məkanlardır. Başda Türkiyə olmaqla, hər kəs yalnız öz təhlükəsizliyini düşünən İsrailə söz deyir. Ən qüdrətli müsəlman dövləti olan Türkiyə belə bu qarantı verə bilməz. Türkiyə bu qarantı verərsə, sabah İran o tərəfdən deyəcək ki, mən İsraili xəritədən silmək istəyirəm. Bunun üçün isə ilk növbədə müsəlmanlar Məkkə ittifaqı fonunda öz ətraflarında birləşməyi bacarmalıdırlar. Daha sonra terroru əsas vasitəyə çevirən “HƏMAS”, “Hizbullah” və “Husilər” kimi terror təşkilatlarını özləri yox etməlidirlər. Bütün bunların paralelində isə İslamı bölməyi özünə hədəf seçən İran tamamilə zərərsizləşdirilməlidir. Vahid qərar verən müsəlman dövlətləri İsrailə “səninlə işimiz yoxdur” mesajını verərək və buna İsraili əmin edərək Fələstin dövlətini yarada bilərlər. Alternativ formalarda isə münaqişə hər zaman davam edəcək və Yaxın Şərqdə heç vaxt sülh olmayacaq.
//Nəzərbəy Hacıağayev ,Nəzər.Media
