Bu gün UEFA Millətlər Liqasının D liqasının 2-ci qrupunda mübarizə aparan Azərbaycan millisi II tur çərçivəsində “Dariaus ir Gireno” stadionda Litva millisini qəbul edib. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Menelaos Antoniu olub. Ona ədaləti təmsil etməkdə həmyerliləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edib. Oyunda dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirib. VAR-da Marios Xristoforuya Dimitris Solomu kömək edib.
Litva-Azərbaycan-1:1
Qollar: 9. Armandas Kuçis(p)(1:0) // 14. Mahir Emreli(1:1)
Qırmızı vərəqələr: //
