İngiltərədə ABŞ bazası yaxınlığında şübhəli hadisə baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Qlosterşir bölgəsindəki Uelford kəndində qeydə alınıb.
Polis bir neçə şəxsi partlayıcı maddələrlə bağlı şübhəsi ilə saxlayıb. Bəzi evlər boşaldılıb və əraziyə bomba zərərsizləşdirmə qrupları göndərilib. Təhlükəsizlik tədbirləri gücləndirilib və ərazi nəzarətə götürülüb.
//Nəzər.Media
