Fransa İsrailin Qərb sahilindəki siyasətini tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro bölgədə fələstinlilərə qarşı zorakılıq və torpaq zəbtindən danışıb.
Barro İsrail hökumətini bu hallara göz yummaqda ittiham edib. O, vəziyyətin beynəlxalq hüquqa zidd olduğunu bildirib. Nazir bölgədə iki dövlətli həllin qorunmasının vacibliyini vurğulayıb.
//Nəzər.Media
