ABŞ-ın Afinadakı səfiri Kimberli Guilfoyle Yunanıstanla bağlı diqqətçəkən açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, səfir Vaşinqtonun istədiyi ölkədə hökuməti dəyişə biləcəyini deyib.
Guilfoyle bu fikri Rumıniyadakı siyasi proseslərdən danışarkən səsləndirib. Yunanıstanın energetika naziri Stavros Papastavru isə bu sözlərə etiraz edib. Nazir Yunanıstan hökumətinin xalq tərəfindən seçildiyini bildirib.
//Nəzər.Media
