• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?

28 Sentyabr, 26 / 15:27
A A
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?

Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa əsasən müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslərin vaxtından əvvəl xidmətdən tərxis olunması və ya geri qaytarılması müəyyən edilmiş hüquqi əsaslarla tənzimlənir.

Nəzər.Media “Yeni Sabah”a istinadla xəbər verir ki, aşağıdakı hallarda müddətli həqiqi hərbi xidmət qulluqçusu xidməti dövrünü başa vurmadan tərxis edilir:

Hərbi xidmət dövründə xəstəlik və ya xəsarət nəticəsində Hərbi Həkim Komissiyasının rəsmi rəyi ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararsız və ya hərbi xidmətə tamamilə yararsız hesab edilən hərbi qulluqçular dərhal geri qaytarılır.

Ailə vəziyyəti ilə bağlı hallar

Xidmət müddətində hərbi qulluqçunun ailə tərkibində baş verən dəyişikliklər ona möhlət hüququ qazandırdıqda tərxis olunma prosesi tətbiq edilir. Bura xidmət dövründə ikinci övladın dünyaya gəlməsi, baxmağa başqa kimsəsi olmayan I dərəcə əlil ailə üzvünün qalması və ya anasız qalan uşağın təkbaşına himayəyə götürülməsi zərurəti kimi hallar daxildir.

Məhkəmə və hüquqi qərarlar

Hərbi qulluqçu haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə cəzası kəsildikdə və ya çağırışın özünün qanunsuz olması, eləcə də ilk tibbi müayinədə ciddi səhvə yol verilməsi haqqında yuxarı instansiya komissiyasının və ya məhkəmənin qərarı olduqda xidmətə xitam verilir.

Elmi dərəcənin alınması

Hərbi xidmət keçdiyi dövrdə müvafiq elmi şura tərəfindən fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilən şəxslər qanunvericiliyin tələbinə əsasən vaxtından əvvəl tərxis olunmaq hüququ əldə edirlər.

Geri qaytarılma prosedurunun başlaması üçün hərbi qulluqçu və ya onun qanuni nümayəndələri xidmət edilən hərbi hissə komandanlığına və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə təsdiqedici sənədlərlə birgə ərizə təqdim etməlidirlər.

Qeyd: Məqalənin hazırlanmasında Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 42-ci maddəsinə (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının vaxtından əvvəl hərbi xidmətdən tərxis edilməsi) istinad edilib.

Previous Post

Bakıda oğlunu öldürən qadın özünü binadan atdı

Next Post

Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.