ABŞ ordusunun İraqdan tamamilə çəkildiyi bildirilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İraq hökumətinin yüksək vəzifəli nümayəndəsi bütün ABŞ hərbçilərinin ölkədən ayrıldığını açıqlayıb.
İraqda son illərdə təxminən 2 min 500 ABŞ hərbçisi yerləşirdi. ABŞ rəhbərliyi isə çəkilmənin başa çatdığını hələ rəsmən təsdiqləməyib. Vaşinqton və Bağdad arasında razılaşmaya əsasən, hərbi missiyanın sentyabrın 30-dək başa çatması nəzərdə tutulurdu.
//Nəzər.Media
