“KORKUT 35” hava hücumundan müdafiə sistemi İsrail mətbuatında gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, sistem sınaq zamanı kamikadze PUA-nı məhv edib.
“KORKUT 35” hərəkətdə olan yer hədəfini də dəqiq vurub. Sınaqları 12 ölkədən gələn müdafiə nümayəndələri izləyib. İsrail mətbuatı sistemin zirehli birliklərin qorunmasındakı roluna diqqət çəkib.
//Nəzər.Media
