Ultra emal olunmuş qidaların sağlamlıq üçün təhlükə yarada biləcəyi açıqlanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, gündə 100 qram belə qidanın qəbulu xəstəlik riskini artıra bilər.
Bu məhsullara hazır yeməklər, çipslər və emal olunmuş ət məhsulları daxildir. Araşdırmalar belə qidaların müxtəlif xəstəliklərlə əlaqəli olduğunu göstərir. Mütəxəssislər gündəlik qidalanmada təbii məhsullara üstünlük verilməsini tövsiyə edir.
//Nəzər.Media
