İran ABŞ-a məxsus hərbi gəmilərin Hörmüz Boğazından uzaqlaşdığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tehran bunu ABŞ qüvvələrinin bölgədəki fəaliyyətləri ilə əlaqələndirib.
İran tərəfi ABŞ gəmilərinin boğazdan çəkilməsini izlədiyini açıqlayıb. Bildirilir ki, bölgədə hərbi gəmilərin hərəkəti davam edir. Hörmüz Boğazı hazırda gərginliyin əsas məntəqələrindən biri olaraq qalır. Tehran bölgədəki vəziyyətlə bağlı yeni açıqlamaların veriləcəyini bildirib.
//Nəzər.Media
