ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla razılaşmanın mümkün olduğunu bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Vens bunun üçün İranın ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu deyib.
Vens danışıqlarda əsas prinsipin sözlər deyil, əməllər olduğunu vurğulayıb. O, İranın davranışının qarşıdakı aylarda mühüm rol oynayacağını bildirib. Vens razılaşmanın mümkün olması üçün Tehranın öhdəliklərinə əməl etməsinin vacib olduğunu qeyd edib.
//Nəzər.Media
