Rusiyada Tu-95 tipli bombardmançı təyyarə qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qəza Amur vilayətində baş verib.
Təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza zamanı ekipajın 6 üzvü ölüb. Hadisə 1 nəfər yaralanmasına səbəb olub. Hadisə yaşayış olmayan ərazidə baş verib. Təyyarənin silahsız uçuş həyata keçirdiyi bildirilib. Qəzanın səbəbi araşdırılır.
//Nəzər.Media
