İngiltərənin Baş naziri Endi Börnhəm ölkənin Avropa İttifaqına qayıtmasını mümkün variantlardan biri kimi göstərib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Börnhəm Brexitin ölkəyə faydadan çox zərər verdiyini bildirib.
Börnhəm gələcək münasibətlər üçün bir neçə variantın araşdırılacağını deyib. Bu variantlara gömrük ittifaqına və vahid bazara qayıtmaq da daxildir. O, məsələnin yaxın aylarda daha ətraflı müzakirə olunacağını bildirib.
//Nəzər.Media
