Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Ankarada baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı motosikletin sürücüsü yaralanıb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
