Almaniya ilə Hollandiya şirkəti arasında freqat layihəsi ilə bağlı maliyyə böhranı yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Damen şirkəti Almaniyadan 4,7 milyard avro tələb edib.
Mübahisə F126 freqat layihəsinin dayandırılmasından sonra başlayıb. Almaniya layihədə gecikmələr və artan xərclər səbəbindən geri çəkilib. Şirkət isə tələb etdiyi məbləğin müqavilə üzrə ödəniş olduğunu bildirir.
//Nəzər.Media
