ABŞ Avropadakı dizel ehtiyatlarının bir hissəsinin bazara çıxarılmasını istəyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton Avropa İttifaqından 180 gün ərzində 120 milyon barel dizel tələb edib.
ABŞ bu addımı yanacaq qiymətlərini azaltmaq üçün təklif edib. Tələb yerinə yetirilməsə, Vaşinqton Avropaya dizel ixracını dayandıra bilər. Avropa İttifaqının bu tələblə bağlı hələ qərar vermədiyi bildirilib.
//Nəzər.Media
