ABŞ Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərəcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, “USS Theodore Roosevelt” gəmisinin bölgəyə göndərilməsi qərara alınıb.
Gəmi San-Diyeqo bazasından yola çıxıb. ABŞ bölgəyə 9-10 min əlavə hərbçi də göndərəcək. Beləliklə, Yaxın Şərqdə üç ABŞ təyyarədaşıyan gəmisinin olması gözlənilir.
//Nəzər.Media
